Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə keçirilən “Əbədi qəhrəmanlar” adlı aksiyaya mən də qoşuluram.
#Şəhidimiz Əsgər Əliyev Rauf İlyas oğlunun adının əbədiləşdirilməsi məqsədilə ağacəkmə aksiyasında iştirak edirəm.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rauf Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə və Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmiş və sentyabrın 30-da Talış yüksəkliyi istiqamətində gedən döyüşlər zamanı şəhid olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Rauf Əliyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" və "Laçının azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Allah rəhmət etsin! Ehtiramla yad edirik.
Oxunub: 203