Məmmədov Murad Mahir oğlu



Məmmədov Murad Mahir oğlu
20 noyabr 1991-ci ildə Gəncə şəhərində anadan olmuşdur. Pedaqoji fəaliyyətinə 2014-cü ildə başlamışdır. Hazırda Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə tabe Liseydə və Gəncə şəhər  26 nömrəli məktəb lisey kompleksində Fiziki Tərbiyə müəllimi olaraq fəaliyyət göstərir.
M.Məmmədov 2013-cü ildə Gəncə Dövlət Universitetinin Ali təhsil pilləsinin "Bədən tərbiyəsi və idman" ixtisası üzrə bakalavr səviyyəsini, 2021-ci ildə "Fiziki tərbiyə nəzəriyyəsi və metodikası" ixtisası üzrə magistratura səviyyəsini fərqlənmə ilə bitirmişdir.
O, doqquz il ərzində ümumtəhsil məktəblərində və liseylərdə pedaqoji fəaliyyəti ilə yanaşı, Fiziki tərbiyə və idmanın kütləviliyini təmin etmək, gənc nəslin mənəvi və fiziki inkişafı üçün bir sıra diqqətəlayiq işlər görmüşdür.
Belə ki, M.Məmmədov işlədiyi dövrdə öz yaradıcılıq imkanlarından istifadə edərək Müəllimlərin İşə Qəbulu və Diaqnostik Qiymətləndirmə imtahanına hazırlaşmaq üçün 3 vəsait, 1 qrif almış kitab müəllifidir. Eyni zamanda onun, "İnklüziv formada Fiziki tərbiyə  məşğələləri və idman yarışlarının keçirilməsi" layihəsi Təhsildə inkişaf və innovasiyalar üzrə  VI qrant müsabiqəsinin qalibi olmuşdur.
Murad müəllim 2015-ci ildə A1 Kursa İctimai Əlaqələr üzrə Menecer təyin olunub, 2016-cı ildən isə həmin hazırlıq kursunda Fiziki Tərbiyə fənni üzrə təlimçi müəllim vəzifəsində çalışır.
2017-2022-ci illərdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi nəzdində fəaliyyət göstərən UGİM-də idmanın sərbəst güləş növü üzrə məşqçi müəllim vəzifəsində çalışıb.
2022-ci ilin sentyabr ayında  ölkədə ilk dəfə yaranan Fiziki Tərbiyə Müəllimləri Assosiasiyasını təsis etmişdir.
Fiziki Tərbiyə Müəllimləri Assosiasiyasının təşkilatçılığı ilə məktəblilər arasında bir sıra yarışlar keçirilib, Assosiasiyanın ofisində Assosiasiya üzvlərinə bir sıra əyani təlimlər, seminarlar keçirilib.  2023-cü ildə məktəblilər arasında qərb bölgəsində ilk Ümumilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş "mini futbol" turnirini təşkil edib, qalibləri mükafatlandırıb.
Bu günə qədər təlim keçdiyi 240 nəfərdən çox müdavimi müəllim adını qazanıb, 2022-ci ildə Müəllimlərin İşə Qəbulu müsabiqəsinə hazırlaşdırdığı müdavimi Fiziki Tərbiyə fənni üzrə ölkə ikincisi, 2023-cü ildə isə hazırlaşdırdığı müdavimi ölkə birincisi adını qazanıb.
Murad müəllim artıq sədr müavini vəzifəsində fəaliyyət göstərəcək.

Oxunub: 165
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az