İşə velosipedlə gedən hakimə yüksək vəzifə verildi


AZGUNDEM.AZ  "e-huquq"a istinadən xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimovun sərəncamı ilə o, Naxçıvan Muxtar Respublikası ədliyyə nazirinin müavini təyin edilib. Sərəncamla Naxçıvan Muxtar Respublikasının ədliyyə naziri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrası da Hüseyn Səfərova həvalə edilib.

Qeyd edək ki, H.Səfərov 1999-2010-cu illərdə Məhkəmə-Hüquq Şurası Katibliyinin mütəxəssisi, aparıcı məsləhətçisi, böyük məsləhətçisi kimi çalışıb. 2010-2015-ci illərdə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi olub. O, 2015-ci ildə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin hakimi idi.

Oxunub: 135
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az