“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirildi.

“Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirici görüş keçirildi.
Masallı Rayon İcra Hakimiyyətinin, Masallı Rayon Polis Şöbəsinin, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun və Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı rayon Şöbəsinin birgə təşkilatçılığı ilə Boradigah qəsəbə 2 nömrəli tam orta məktəbdə “Narkomaniyaya və erkən nikaha yox deyək!” mövzusunda maarifləndirmə tədbiri təşkil edilib.
Tədbir başlamazdan öncə Vətən uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə Masallı Rayon Polis Şöbəsinin, Masallı Rayon İcra Hakimiyyətinin İctimai və Humanitar məsələlər üzrə şöbənin, Lənkəran-Astara regional Təhsil İdarəsinin Masallı rayonu üzrə Təhsil sektorunun, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin Masallı rayon sektorunun əməkdaşları, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda narkomaniyanın törədə biləcəyi fəsadlardan və erkən nikaha daxilolma kimi neqativ halların ağır nəticələrindən söz edilmişdir.
Sonra isə Masallı Rayon Polis Şöbəsinin əməkdaşı narkotik vasitələrin səbəb olduğu fəsadlar haqqında danışmış və acı təsirləri barədə videoçarxı şagirdlərə təqdim etmişdir.
Tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılmışdır.

Oxunub: 122
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az