Muay-tay idman növü üzrə Dünya Çempionatında həmyerlimiz, Şamaxıdan olan idmançımız Dəmirov Aqşin II yerə layiq görülərək gümüş medal qazanmışdır.

29 sentyabr - 07 oktyabr tarixlərində Antalyada gənclər və yeniyetmələr arasında keçirilən Muay-tay idman növü üzrə Dünya Çempionatında həmyerlimiz,  Şamaxıdan olan idmançımız Dəmirov Aqşin II yerə layiq görülərək gümüş medal qazanmışdır. 
Qeyd edək ki, Dünya Çempionatında Azərbaycan 12 idmançı, 2 məşqçi , hakim və nümayəndə ilə təmsil olunmusdur. 100 dən çox ölkədən 2500 - ə yaxın iştirakçının olduğu bu yarışda komandamız 2 bürünc və 1 gümüş medal qazanmışdır.
 İdmançımızı və onun məşqçisi  Qadir Talıbovu təbrik edirik və uğurlar diləyirik.


Oxunub: 138
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az