Armagedon savaşının ayaq səsləri eşidilir.

Armagedon savaşının ayaq səsləri eşidilir. 
Xeyli müddətdir ekspertlər Yaxın Şərqdə yeni müharibə təhlükəsi ilə bağlı yazırdılar. Müharibələr dəhlizlərin, beynəlxalq layihələrin keçdiyi yolların, limanların, strateji qaynaqların ələ keçirilməsi üçün başladılır. Yaxın Şərqdə  önəmli olan su qaynaqlarına nəzarət etmək uğrunda müharibə yeni dünya savaşının əsas nöqtələrindən biridir. İki gündür Türk silahlı qüvvələrinin Suriyada başlatdığı operasyon, iki gün öncə Suriyada Humus şəhərində harbi məktəbin buraxılış günündə İHA saldırısı nəticəsində içərisində yüksək çinli zabitlərin də olduğu yüzdən çox Əsəd ordusu mənsubunun ölməsi və bu gün İsrailə qarşı Həmasın geniş çaplı hücumu müharibənin episentrinin Yaxın Şərqə keçdiyini göstərir. Qafqazda müharibənin tez bir şəkildə yekunlaşması, Rusiyanın Ermənistana Zəngəzur dəhlizi ilə bağlı təzyiqi, Aİ-nın Azərbaycana qarşı qətnamə qəbul etməsi belə fikirləşməyə əsas verir ki, dünya gücləri Yaxın Şərqdə münasibətlərə aydınlıq gətirmək üçün yeni ittifaqlar qurmaq ərəfəsindədirlər. Çox ciddi hadisələrin olacağını düşünürəm. Rusiya Ukrayna müharibəsinin də bu konteksdə dəyərləndirilməsi lazımdır. Yəhudilərin daha təhlükəsiz ərazilərə köçürülməsi məsələsi var gündəmdə. Armagedon savası qapıdadırmı? 
Armagedon savası hər üç dinin müqəddəs mətnlərində dünyanın sonu ilə bağlı son savaşdır. İslam mənbələrində bu Məlhamətul-kubra adlanır. Həmçinin Evangelist nəzəriyyə bu savaşın Orta Doğuda müqəddəs Babil krallığının qurulması üçün əsas nöqtə hesab edir. Yəhudilərin nəzəriyyəsi isə bu savaşla müsəlmanların tamamilə bölgədən çıxarılması, qətl edilməsi deməkdir. Nəticədə böyük İsrail dövlətinin qurulması hədəflənir. PKK və digər kürd terror qrupları məhz bu proje üçün illərdir hazırlanmış və böyük Kürdistan adı ilə aldadılmış, əslində isə böyük İsrail dövlətinin qurulması üçün silahlandırılmışdır.
Zaman Piriyev.
Tarixçi- sosioloq.




Oxunub: 120
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az