Xocalı şagirdləri arasında "Qələbəyə doğru" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.

Xocalı şagirdləri arasında "Qələbəyə doğru" mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
Qarabağ Regional Gənclər və İdman İdarəsi Xocalı rayonu üzrə Gənclər və İdman sektorunun təşkilatçılığı ilə lX,X,Xl sinif şagirdləri arasında "44-günlük Vətən Müharibəsi" şəhidlərinin əziz xatirəsinə həsr olunmuş inşa yazı müsabiqəsi keçirilib. Tədbirdə torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Çıxış edən natiqlər Vətən müharibəsində hərbiçilərimizin göstərdiyi şücaət və qəhrəmanlıqlardan məktəblilərə geniş məlumat verib. 26 nəfər şagirdin iştirakı ilə keçirilən inşa yazı müsabiqəsinin yekun nəticələrinə əsasən:
1-ci yer İsmayılova Sara Ceyhun qızı ( X sinif)
2-ci yer Həsənli Dişad Səxavət qızı ( lX sinif)
3-cü yer Əlizadə Afaq Anar qızı ( X sinif)
Qaliblər Xocalı rayonu üzrə gənclər və idman sektorunun fəxri fərmanları ilə təltif olunublar.


Oxunub: 122
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az