Anamızın bətni imiş, Ən qayğısız yerin, dünya .







Sən çağırdın mən də gəldim,
Gah soyuq ,gah sərin dünya.
Anamızın bətni imiş
Ən qayğısız yerin, dünya .
Şirin idin ,zəhər oldun,
Nə vermişdin geri aldın.
Kəfən ilə yola saldın
Dedin "Allah kərim" dünya .
Yar qovuşmadan yarına ,
Düşdü əcəlin toruna.
Bax , körpə məzarlarına 
Bu sənin əsərin, dünya .
Üzməsəydim boğulmazdım ,
Dağ almasam dağ olmazdım.
Mən bilsəydim doğulmazdım,
Bitmir dərdin, sərin dünya .
Sən çağırdın mən də gəldim,
Gah soyuq ,gah sərin dünya.
Anamızın bətni imiş
Ən qayğısız yerin, dünya .
                        ARZU GÖYTÜRK.

Oxunub: 137
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az