Gözlərinin önündə gördüklərin yox olar- Zahid Sarıtorpaq.




Uçub gedən nədir ki? döy alnını, döy yerə…
Həm də dikəl öp göyü yayılsın səs-küy yerə
Qəfildən bir can susar zəfər çalar göy yerə
Ruh belədə çırpınan Eşq adlı bayraq olar…
Divanəlik nədir ki? – üfürülmüş haqq deyək,
Səhra nədir? – ovulmuş,  səpələnmiş dağ deyək
Yerin hər nəyi varsa, canından iraq deyək 
Amma göyün sirrini bizlər açsaq ağ olar…
Məqam elə məqamdı ayıq gedən key gəlir…
Şah nəfəsi dəyincə nökər dönüb bəy gəlir
Kipriyindən yıxılsa göz yaşın – Söz heykəli
Gözlərinin önündə gördüklərin yox olar…
Axşam keçən karvanın, yolundan sabah ötər
Hər nə var zühur eylər, gah görünər, gah itər...
Ölüm pozsa pəhrizi, tamah salsa Zahidə
Ağlayan beş-üç nəfər, sevinənsə çox olar…
Sevdalılar içində ağ rəng gələr ərsəyə
Zaman alar aramla yaxar saça birçəyə
Aşiq zavallı heç vaxt bel bağlamaz gerçəyə
Gerçək ona nağıldı –  
danış, –  yatıb yuxular…

Zahid Sarıtorpaq.

Oxunub: 160
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az