Regional İdarələr arasında Şamaxı şəhərində əməkdaşlıq görüşü keçirilib.
Regional İdarələr arasında Şamaxı şəhərində əməkdaşlıq görüşü keçirilib.13 sentyabr 2023-cü il tarixdə Dağlıq Şirvan Regional Gənclər və İdman idarəsinin rəisi Taleh Salehov və Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev arasında görüş keçirilib. Regional Təhsil İdarəsinin binasında keçirilən görüşdə hər iki idarənin əməkdaşları və rayon sektor müdirləri iştirak edib.Əməkdaşlıq və qarşılıqlı dialoq formatında keçirilən görüşdə gələcəkdə hər iki idarənin birgə icra edəcəyi işlər və lahiyələr geniş formada müzakirə edilib.
Oxunub: 165