Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.



Yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib.
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev yeni tədris ilinin başlanması ilə əlaqədar Şamaxı rayonunda yerləşən təhsil müəssisələrinin rəhbərləri ilə görüşüb. 
Şamaxı şəhər 2 nömrəli tam orta məktəbin akt zalında keçirilən görüşdə ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin direktorları, eləcədə məktəbəqədər təhsil müəssisələrinin müdirləri iştirak edib.
Görüşdə idarə müdiri tərəfindən ötən tədris ilinin nəticələri, xüsusilə IX və XI sinif məzunlarının buraxılış imtahan nəticələri, ali məktəblərə qəbul imtahan nəticələri, IV sinif şagirdlərinin monitorinq nəticələri bütün məktəblər üzrə müzakirə edilmiş, məktəbəhazırlıq qruplarına, I və X sinfə şagirdlərin qəbulu, şagird yerdəyişməsi, məktəblərdə kommunikasiyanın qurulması, yeni tədris ilindən vahid məktəbli formasına keçid ilə əlaqəli bir çox tapşırıqlar məktəb rəhbərlərinin diqqətinə çatdırılmışdır.
Daha sonra Regional İdarə müdiri tərəfindən məktəb direktorlarına və bağça müdirlərinə yeni tədris ilində işlərində məsuliyyətli olmaları bildirilmiş, onlara məktəblərdə tədrisin yüksək səviyyədə qurulması üçün tapşırıqlar verilmişdir.
Sonda təhsil müəssisə rəhbərlərinin sualları cavablandırılmışdır.

Oxunub: 166
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az