İki tasa çempion........



Nərd üzrə turnir keçirilib.
24.08.2023-cü il tarixdə Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə təsdiq etdiyi Əsasnaməyə uyğun olaraq Qazax Gənclər Evində MİHİ Qazax rayon Komitəsinin əhatə dairəsində olan idarə və müəssisələrin əməkdaşları arasında nərd üzrə turnir keçirilib. 
Tədbirdə  Qazax-Tovuz Regional Gənclər və İdman idarəsinin sektor müdiri Sahib Namazov və  MİHİ Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov çıxış edərək iştirakçılara oyunun keçirilməsi qaydaları barədə məlumat verib və iştirakçılara uğurlar arzu edib.
Yarışda I yeri Elşad Cəfərov , II yeri Fazil İsmayılov , III yerləri isə  Natiq Hüseynov  və Müşfiq Eyyubov  qazanıb . 
Qaliblər diplom və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Oxunub: 221
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az