Fuad Məmmədzadə Masallı rayonunun Qızılavar kəndində anadan olub. O, 2018-ci ildə Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına 695 balla daxil olub.
Artıq I kursun sonunda “Microsoft” və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin birgə yaratdığı İKTLAB Mərkəzində təcrübə alıb, həmçinin “Bakutel” sərgisinə prototip məhsul təqdim edib.
2022-ci ildə Azərbaycanda ilk dəfə keçirilən Türkiyənin “Teknofest” festivalında “İstiqlal” komandası ilə “CanSat” müsabiqəsi üzrə I yeri tutub.
2022-ci ilin yayında Azərbaycandan yeganə iştirakçı olaraq İsveçrədə Avropa Nüvə Araşdırmalar Mərkəzinin (CERN) “Yay tələbə proqramı”na qatılıb və hazırda “İDRAK Texnoloji Transfer” şirkətində proqram mühəndisi işləyir.
Qeyd edək ki, Fuad Məmmədzadə "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” ilə İsveçin Lund Universitetində Elektronika mühəndisliyi ixtisasında təhsil alacaq.
Oxunub: 233