Şəhid Rəhman Mehti oğlu İsmayılovun doğum günüdür.





Şəhid Rəhman Mehti oğlu İsmayılovun doğum günüdür.
1995-ci il avqustun 18-də Ağstafa rayonunun Muğanlı kəndində anadan olub.
 2001–2012-ci illərdə F. Kərimov adına Muğanlı kənd tam orta məktəbində təhsil alıb.
Rəhman İsmayılov 2013–2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub.
Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Rəhman İsmayılov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayıl və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə könüllü olaraq savaşıb. Rəhman İsmayılov oktyabrın 19-da Qubadlı döyüşləri zamanı şəhid olub. Ağstafa rayonunun Muğanlı kəndində dəfn olunub.
"Vətən uğrunda" medalı ilə təltif edildi.
"Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.
 "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
 "Hərbi xidmətlərə görə" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin

Oxunub: 182
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az