Beynəlxalq Azərbaycan Muğamı və Musiqisi Günü münasibətilə Bakı Gənclər Mərkəzində "Şərq gecəsi" adlı konsert proqramı baş tutub.
Tədbirin əsas məqsədi Azərbaycanın zəngin mədəniyyətinin və tarixinin ən gözəl incilərindən olan muğamın gənc nəslin nümayəndələri arasında inkişaf və təbliğ etdirməkdən ibarətdir.
Konsert proqramında gənc muğam ifaçılarının çıxışları ilə yanaşı möhtəşəm rəqs performansları da nümayış olunub.
Tədbirdə millət vəkili Vüqar İskəndərov, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, incəsənət nümayəndələri,media nümayəndələri və gənclər iştirak ediblər.
Qeyd edək ki, tədbirin sonunda iştirak edən hər bir gənc sertifikat və təşəkkürnamələrlə təltif olunub.
Vüqar İskəndərov.
Oxunub: 202
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az