Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini III günü.




Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsini III günü.
11 avqust tarixində informatika, rus dili, Azərbaycan dili və ədəbiyyat, texnologiya, alman dili, riyaziyyat, kimya və musiqi fənləri üzrə müsahibələr təşkil olunub. Müsahibələrə ümumilikdə 753 nəfər dəvət edilib.
Qeyd edək ki, müsahibənin III günündə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Anar Qədiməliyev, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri Günel Səfərova, həmin şuranın üzvləri, Gəncə Regional Qadın Mərkəzinin sədri Məleykə Əlizadə və media nümayəndələri müsahibələrin gedişatı ilə tanış olublar.

Oxunub: 180
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az