Düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin tanıdılması, adət-ənənələrin yaşadılması və geniş təbliğidir.
İyulun 11-dən 16-dək Daşkəsən Gənclərin Təlim və İstirahət Mərkəzində "Birlik" milli adət-ənənələr düşərgəsi keçirilib. Düşərgənin keçirilməsində məqsəd zəngin mədəniyyətimizin tanıdılması, adət-ənənələrin yaşadılması və geniş təbliğidir.Düşərgə müddətində maraqlı və əyləncəli tədbirlər, o cümlədən gəzintilər, təlimlər, diskusiyalar, kukla teatrı, intellektual və milli idman oyunları keçirilib. Düşərgəyə respublikamızın müxtəlif bölgələrindən təhsildə fərqlənən gənclərlə yanaşı, şəhid və qazi övladları və aztəminatlı ailələrin övladları da daxil olmaqla 100 gənc cəlb olunub.
Oxunub: 205