Şamaxı şəhəri üzrə şəhər 6 və 9 saylı mərkəzlərdə keçiriləcək imtahanın I seansına 250, II seansına isə 182 nəfər dəvət edilib.
Test imtahanlarının 4-ci günü.İyulun 14-də müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin test imtahanı mərhələsində Azərbaycan dili və ədəbiyyat, ingilis dili və təsviri incəsənət fənləri üzrə namizədlər iştirak edəcəklər.Şamaxı şəhəri üzrə şəhər 6 və 9 saylı mərkəzlərdə keçiriləcək imtahanın I seansına 250, II seansına isə 182 nəfər dəvət edilib.Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev imtahan öncəsi mərkəzlərdə olmuş, valideynlər və namizədlərlə motivasiya edici söhbətlər edərək, onlara uğurlar arzulamışdır. Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə müsabiqənin təşkilində məqsəd savadlı və bacarıqlı müəllimlərin seçilməsidir. Test imtahanı mərhələsində iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!
Oxunub: 208