
Dağlıq Şirvan Regional Təhsil İdarəsi üzrə MİQ prosesinin test imtahan mərhələsinin 1-ci günü uğurla başlayıb.
İyulun 11-də Şamaxı şəhər 6 nömrəli tam orta məktəbdə keçirilən müəllimlərinin işə qəbulu prosesinin test imtahanı mərhələsinin gedişatını Elm və Təhsil Nazirliyinin müavini Həsən Həsənli izləyib.
Qeyd edək ki, bu ildən imtahanın müddəti 150 dəqiqə müəyyən olunub. Düzgün cavablandırılan test tapşırıqları 2 bal, tədris metodikası və təlim strategiyaları üzrə isə 1 bal olaraq hesablanmaqla 100 ballıq qiymətləndirmə sistemi tətbiq ediliməsi, səhv cavablandırılan test tapşırıqları imtahan nəticəsinə təsir göstərəcəyi, belə ki, səhv cavablandırılmış 4 test tapşırığına görə 1 düzgün cavabın silinəcəyi, müsabiqədə həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi ümumi təhsil müəssisələrində 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1,05, 5 il və daha artıq müdətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1,1 artım əmsalı ilə hesablanacağı nəzərdə tutulub.
Oxunub: 194
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az