
Aprel şəhidimiz XTQ- giziri Ravil Novruzovun atası Elmar Novruzov :
- Ravil şəhadətə yüksəldikdən sonra bizə yas mərasiminə yaşlı bir qadın gəldi. Qadın elə yanıqlı ağlayırdı,elə bil şəhid olan elə onun öz balası idi. Heç birimiz onu tanımırdıq.Amma oğlum Mirzə onu tanıyırdı. Demə,bu qadın hərbi hissənin yaxınlığında tum satırmış.Q azandığı pulla dolanarmış. Bir gün o qadın görünmür. Aradan bir neçə gün keçir,qadından səs-soraq çıxmır. Bunu görən Ravil qadının evinə gedir. Görür ki,qadın ağır vəziyyətdə yatır. Ravil qadın üçün həkim çağırır və onu müayinə etdirir. Sonra isə onun dərmanlarını alıb gətirir. Qadın sağalır. Lakin, Ravil onu bir daha tum satmağa qoymur. Qardaşına tapşırır ki,hər ay kartdan 100 manat çıxarıb bu anaya versin..."
Oxunub: 192
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az