Avropa çempionları havalimanında böyük çoşqu ilə qarşılandı.




Avropa çempionları havalimanında böyük çoşqu ilə qarşılandı
22-25 iyunda Portuqaliyanın Odivelas şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatının fərdi və qarışıq komanda yarışlarında möhtəşəm nəticə əldə edən cüdolarımız Vətənə qayıdıb.
İdmançıları Heydər Əliyev Beynəlxalq Hava Limanında azarkeşlər, idman ictimaiyyətinin nümayəndələri, KİV təmsilçiləri, federasiyaların rəsmiləri və idmançıların yaxınları qarşılayıblar.
Çempion komandanı qarşılamağa gələn azarkeşlər onları bayraqlarla, şəkilləri əks olunmuş plakatlarla və şüarlarla salamlayıblar.
Qeyd edək ki, Azərbaycan cüdoçuları fərdi yarışlarda 6 qızıl və 3 bürünc medal olmaqla 9 medal, qarışıq komanda yarışlarında isə qızıl medal qazanıblar.

Oxunub: 159
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az