Abşeron Rayon sakinləri qarşısında “Ustad dərsləri” adlı kütləvi idman tədbiri keçiriləcək.






29 iyun 2023-cü il tarixdə saat 9:00-da Xırdalan şəhəri, Heydər parkında Abşeron Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə baş məşqçi Rauf Rəhimovun və köməkçilərinin rəhbərliyi altında Taekvondo İdman növü üzrə Abşeron Rayon sakinləri qarşısında “Ustad dərsləri” adlı kütləvi idman tədbiri keçiriləcək.
    Tədbir zamanı sakinlərə Taekvondo idman növü haqqında geniş məlumat veriləcək, nümunəvi çıxışlar olacaq, ümumiyyətlə idmana marağı artırmaq istiqamətində və sağlam həyat tərzi ilə bağlı maarifləndirici söhbətlər aparılacaq.
    Tədbirdə iştirak edən sakinlər arasından uşaq, yeniyetmə və gənclər taekvondo mütəxəssislərinin rəhbərliyi altında keçiriləcək proqrama kütləvi şəkildə qoşularaq müxtəlif hərəkətləri yerinə yetirə bilərlər. 
   Hamını kütləvi tədbirə dəvət edirik.

Oxunub: 312
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az