"Heydər Əliyev siyasəti ilə yaradılan Azərbaycan Ordusu" mövzusunda dəyirmi masa keçirildi.





"Heydər Əliyev siyasəti ilə yaradılan Azərbaycan Ordusu"  mövzusunda  dəyirmi masa keçirildi.
Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyinin cari il ərzində həyata keçiriləcək tədbirlər planına əsasən 24 iyun 2023-cü il tarixində İRMİ-nin tabeliyində fəaliyyət göstərən Şamaxı rayon Mirzə Ələkbər Sabirin ev Muzeyində 26 İyun - Silahlı Qüvvələr Gününə həsr edilən “Heydər Əliyev siyasəti ilə yaradılan Azərbaycan Ordusu"  mövzusunda  dəyirmi masa keçirildi.
Muzeyin direktoru Rəqsanə Xəlilzadə tədbiri giriş nitqi ilə açaraq bildirdi ki, Milli Ordumuz müstəqil Azərbaycan dövlətinin ən böyük dayağıdır. Böyük tarixi şəxsiyyət Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə Azərbaycan Ordusu nizami ordu kimi formalaşmağa başladı. Məhz Ulu Öndər Heydər Əliyevin sayəsində Azərbaycanda bütün sahələrlə yanaşı, ordu quruculuğunda böyük nailiyyətlər qazanılıb, peşəkar, yüksək səviyyəli nizami ordu formalaşdırılıb.
Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixi, son illərdə ordu quruculuğu sahəsində əldə olunmuş uğurlar və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı işğaldan azad edilməsi güclü ordumuzun varlığının bariz nümunəsidir.

Oxunub: 143
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az