

Azərbaycan Taekvondo Federasiyasında
Avropa Oyunlarına yola düşən yığma komanda ilə görüş olub.
Azərbaycan Taekvondo Federasiyasının (ATF) vitse-prezidentləri Hikmət Səmədov, Nağı Səfərov və Niyaməddin Paşayev III Avropa Oyunlarına yollanan milli komandanın üzləri ilə görüşüb.
Yığmanın hazırkı durumu ilə maraqlanan ATF rəsmiləri Polşanın Krakov şəhərində keçiriləcək multi-idman yarışında taekvondoçularımızdan uğurlu çıxış gözlədiklərini bildiriblər. Vitse-prezidentlər Bakıdakı l Avropa Oyunlarında olduğu kimi, bu dəfə də yığmamızın azarkeşləri sevindirəcəyinə ümid etdiklərini deyiblər.
Kişi və qadınlardan ibarət komandalarımızın baş məşqçiləri, müvafiq olaraq Məmməd Abdullayev və Sun Mi Park son təlim-məşq toplanışları, həmçinin taekvondoçuların durumu ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Avropa Oyunlarına lisenziya qazanan taekvondoçulara ümid bəslənilir.
Qeyd edək ki, Krakov-2023-də ölkəmizi Səyyad Dadaşov (54 kq), Qaşım Maqomedov (58 kq), Cavad Ağayev (68 kq), Eltac Qafarov (74 kq), Taleh Süleymanov (87 kq), Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq) və Fəridə Əzizova (67 kq) təmsil edəcəklər.
Avropa Oyunlarında taekvondo yarışları cari ilin iyun ayının 23-dən 26-dək keçiriləcək.
ATF.
Oxunub: 160
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az