Hörmətlə, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri......




Əziz və dəyərli müəllimlər,
Məlumdur ki, sabah (20 iyun) ölkə üzrə təhsilverənlərin sertifikasiyası prosesinin test imtahanı mərhələsi başlayır. Bu mərhələdə Şirvan-Salyan Regional Təhsil İdarəsi üzrə 1284 nəfər ibtidai sinif və 412 nəfər Azərbaycan dili və ədəbiyyat müəllimi olmaqla, cəmi 1696 nəfər müəllimimizin iştirakı nəzərdə tutulur.
Dinamik inkişaf edərək biliklə yanaşı bacarıq tələb edən cəmiyyətdə təhsil sistemimizin də yenilənməsi və inkişafı üçün müəllimlərimizin peşəkarlıq səviyyəsinin yüksəlməsi əsas şərtdir. 
Sertfikasiyanın müəllimlərimizin peşəkar və özünü inkişafında, yeni səriştələr formalaşdırmasında böyük rol oynayacağı danılmazdır.
Hər birinizə test imtahanı mərhələsində uğurlar arzulayıram!
Hörmətlə,
Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri
Mənsimli Sənan Famil oğlu

Oxunub: 422
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az