Adil Əliyev:
- Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami və Müşavirlər Palatasının sədri Naam Mayara ilə görüş keçirtdik. Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişafına xüsusi əhəmiyyət verdiyimizi qeyd edərək, ortaq dini və mədəni dəyərlərin dövlətlərimiz arasında münasibətlərin inkişafına xüsusi töhfə verməsini, habelə bu dostluğun bu gün daha da dərinləşməsini bildirdim. Məhz bu gün ölkəmizdə Ümumilli Lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 30 illiyinin xüsusi təntənə ilə qeyd edildiyini bildirərək, Ulu Öndərin Azərbaycan - Mərakeş münasibətlərin inkişafına verdiyi töhfədən bəhs etdim. Ümumilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərlik etdiyi ordumuzun Ermənistanın 30 illik təcavüzünə son qoyması və ölkə başçısının göstərişi ilə işğaldan azad olunmuş ərazilərimizdə aparılan abadlıq-quruculuq işləri barədə spikerlərə məlumat verdim.
Mərakeş Krallığının Nümayəndələr Palatasının sədri Raşid Talbi El Alami bu il Azərbaycan xalqının Ulu Öndəri Heydər Əliyevin 100 illiyinə həsr edilmiş Milli Məclisin xüsusi sessiyasında iştirak etmək məqsədilə ölkəmizə səfər etməsini xatırlayaraq, dahi şəxsiyyətin dövlətimiz və xalqımız üçün gördüyü işlərin dünyaya nümunə olmasını bildirdi.
Daha sonra çıxış edən Müşavirlər Palatasının sədri Naam Mayara iki ölkə arasındakı münasibətlərə parlamentlərarası dostluğun verdiyi töhfədən bəhs edərək, Azərbaycanın təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin parlamentlərarası münasibətlərin inkişafında xüsusi rolunun qeyd olunmasını bildirdi.
Daha sonra parlamentlərası münasibətlər müzakirə edildi və gələcək perespektivlər barədə söhbət apardıq.
Görüşdə Milli Məclisin deputatları Mahir Abbaszadə, Ceyhun Məmmədov və Mərakeş Krallığındakı səfirimiz Nazim Səmədov iştirak edirdi.
Oxunub: 169