Əziz valideynlər!
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi tərəfindən futbol idman növünə marağı olan istedadlı uşaqların seçilməsi layihəsinə start verilir. Layihənin effektivliyini və səmərəliyini təmin etmək məqsədi ilə seçilmiş uşaqların İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Futbol Məktəbində təhsil almaları və futbol idman növünə cəlb edilmələri nəzərdə tutulub.
Layihə çərçivəsində 17 iyun 2023-cü il tarixində seçim mərhələsinin Şağan Olimpiya İdman Kompleksində keçirilməsi planlaşdırılıb.
Bununla əlaqədar olaraq, Nərimanov rayonunda yaşayan 2011-2012-ci il təvəllüdlü uşaqların adını, soyadını, ata adını, təvəllüdünü, əlaqə nömrəni, 3x4 şəklini, şəxsiyyət vəsiqəsini və ya doğum haqqında şəhadətnaməni 14 iyun 2023-cü il tarixədək saat 23:00 qədər [email protected] email ünvanına təqdim etməyinizi xahiş eidirik.
Oxunub: 154