
Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev;
-Dağlıq Şirvan bölgəsinin dəyərli müəllimləri. Sizə və ölkəmizin bütün müəllimlərinə peşəkarlıq səviyyəsinin yoxlanılması, sosial durumunuzun yaxşılaşdırılması məqsədilə qoşulacağınız sertifikasiya imtahanında uğurlar arzulayıram. Əminəm ki, məsuliyyətdən irəli gələn həyəcan sizin ən yüksək nəticəni əldə etməyinizə mane olmayacaq. Siz hər zaman təhsilimizə bəxş etdiyiniz böyük uğurlar sayəsində motivasiya olmağı, yeniliklər axtarışında olub daim özünüzü inkişaf etdirməyi bacarmısınız. Ulu Öndər Heydər Əliyevin söylədiyi kimi, "Həyatını müəllimliyə həsr edən insanlar, həqiqətən, fədakar, xalqına, millətinə sədaqətli və eyni zamanda qəhrəmanlıq göstərən insanlardır".
Zəngin təcrübəniz, bilik və bacarıqlarınız sayəsində bu dəfə də ən böyük nailiyyətlərə imza atacağınıza inanıram və Sizə uğurlar arzulayıram.
Oxunub: 167
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az