"Muğan" klubunun açıq birinciliyi keçirilib
İyun ayının 10-da Sabirabad şəhərində "Muğan" Ağır Atletika Klubunun yeniyetmələr arasında ağır atletika üzrə açıq birinciliyi keçirilib. Yarışda Sabirabad, Masallı və Lənkərandan olan idmançılar medallar uğrunda mübarizə aparıblar.
Gənclər və idman naziri Fərid Qayıbov, müavini Mariana Vasilyeva, idman şöbəsinin müdiri Elnur Məmmədov, Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov, Milli Məclisin deputatı Kamal Cəfərov, idman səfirləri, Ağır Atletika Federasiya Federasiyasının baş katibi Rizvan Rəsulov, ağır atletika üzrə Avropa çempionu Dadaş Dadaşbəyli və digər şəxslər birinciliyin fəxri qonaqları qismində iştirak ediblər. Sevindirici haldır ki qısa müddət ərzində Masallı Zəfər idman klubunun idmançıları bu mötəbər turnirdə medallar qazanmışlar. Hüseynli Mirməhəmməd 1-ci , Qubadov Mirəli isə 2-ci yeri qazanıb. Yarışın təşkil edilməsində əməyi olan hər kəsə və Muğan idman klubunun baş məşqçisi Orxan Əliqulizadə yə bizi yarişa dəvət edtiyi üçün təşəkkürümü bildirirəm. Hər zaman yanımızda olan maddi və mənəvi dəstəyini əsirgəməyən Zəfər idman klubunun direktoru Hikmet Xalilov a dərin minnətdarlığımı bildirirəm və təbrik edirəm, uğurlarımızın zaman keçdikcə daha da artacağına inanıram .
Oxunub: 321