Azərbaycan əsilli amerikalı riyaziyyat professoru Lütfi Zadə dünyada qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir.





Azərbaycan əsilli amerikalı riyaziyyat professoru Lütfi Zadə dünyada qeyri-səlis məntiq nəzəriyyəsinin banisidir. Onun nəzəriyyəsinə görə, həqiqət də daxil olmaqla, ətrafımızda olan hər şey - mütləq şəkildə hesablana bilməz və qeyri-müəyyəndir. Lütfi Zadə 1921-ci ildə Bakı şəhərində anadan olub, magistr üzrə təhsilini Massaçusets Texnologiya İnstitutunda, elmi dərəcəsini isə Kolumbiya Universitetində alıb. 1959-cu ildən etibarən Berkli Universitetində dərs deyib. Professor Lutfi Zadə əməyinə görə 50-dən çox mühəndislik və akademik mükafata layiq görülüb. 1963-cü ildən 1968-ci ilə qədər o, Berkli Universitetinin "Kompüter elmləri və elektrik mühəndisliyi" kafedrasına rəhbərlik edib. O dövrlərdə o fakültənin diqqətini inkişaf etməkdə olan kompyüter elmlərinə yönəltdi.  Nəticədə dünyanın ən nüfüzlu kompyüter elmləri proqramlarından biri məhz Berkli Universitetindədir. Lütfizadə 96 yaşında dünyasını dəyişib.

Oxunub: 150
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az