Darxırdı, çox darxırdı.
Darxırdı, çox darxırdı. Darıxanda portretin qarşısında dayanır, əllərini stola dirəyib diqqətlə gözlərin portretə zilləyirdi. Ötüb keçənlər bir anlıq kino lenti kimi gözünün qarşısında canlanırdı. Bir vaxtlar bu baxşlardan həzz aldığı çağlar indi necə də çox-çox uzaqlarda görünürdü. Ona elə gəlirdi daha hər şey onun üçün portretləşıb. Stolu cəkib oturdu. Gözünü portretdən çəkmirdi. Dərindən köks ötürdü. Ələrini sifətinə dirəyib dərin düşüncələrə dalmışdı: Qalib Şəfahət
-O vaxtdan çox illər keçib, özüylə nə qədər yaxşı və pis günləri yuyub aparıb. Elə bilirsən olub keçənlər dünən baş verib. Oturub fikirləşirsən, görürsən, aradan böyük bir zaman kəsiyi keçib. O illəri vərəqlədikcə vərəqləyirsən, kimləri görmürsən orda? Ən yaxın, dost-doğma adamlarını...
Hərdən elə olur ki, olub-keçənlər gözlərinin qarşısnda canlanır. Özünü o günlərin içərisində elə xoşbəxt, elə xoşbəxt hiss edirsən ki, bir anlıq uşaqlaşırsan, özünü totuq, bapbalaca bacı-qardaşlarının, tay-tuşlarının, doğmalarının, qəlbinə ən yaxın buraxdığın adamın əhatəsində hiss edirsən. Ata-ananın səniı necə şirin-şirin əzizlədiklərini, özünü körpə sevinci ilə onların qucaqlarına necə atıldığını görürsən... Qəflətən, elə bil, dərin yuxudan ayılırsan, görürsən ki, o xoşbəxt günlər quş kimi çoxdan uçub gedib, daha bir də olmayacaq, heç zaman qayıtmayacaq. Hər şey daha həmişəlik sönərək uzaq keçmişdə qalıb. Bax onda ötən günlər qəlbini öz ağrısı ilə sızım-sızım sızıldadıb göynədir. Amma o sızıltını, o göynərtini ən parlaq sevincə də belə dəyişmək istəmirsən.
...Ehhh! Özümü aldada-aldada, özümdən xəbərsiz, bir gözümdə cavanlığım öldü, o bir gözümdə ümidlərim. Amma bu vaxta qədər gəlib çıxa bildim. Zamanın gərdişi qarşısında əyilmədim Sahibim. Nə qədər sarsılsam da, agır sınaqlarla üz-üzə qalsam da, özümdə güc tapa bildim.
Bilirsən, bircə, reallıqla barışa bilmədim, mən inanclarla yaşadım, məni inanclar yaşatdı. Daha doğrusu inanclarla özümü yola verməyə çalışırdım, inanclar məni ovundururdu.
Sənin yoxluguna heç vaxt inanmadım ki... Hər vaxt yolunu gözlədim. Elə bilirdim uzaq səfərə çıxmısan, bu gündə, sabahda, ya o birsi gündə mütləq qayıdıb gələcəksən. Yenə bizim xoşbəxt günlərimiz başlayacaq... Bax beləcə həqiqətdən çox inancların əlindən yapışdım.
Yadındadı, onda, ilk dəfə sevgi günümüzü qeyd edirdik, qəflətən söhbətin şirin yerində dedin ki, “zamana etibar yoxdu, ola bilər, nə vaxtsa mən olmaya bilərəm, amma bilirəm bu günü heç vaxt unutmayacaqsan. Bu gün bizim üçün ən müqəddəs gün hesab olunur”. Bax onda mən tutuldum. Qəfltən dediyin sözdən elə bil beynimdə şımşək oynadı. Özümü saxlaya bilmədim, hönkür-hönkür ağladım və hirislə dedim:
-Bilirsən, mən sənsiz bircə gün də artıq yaşamaq istəmirəm! Mən sənsiz yaşamaq istəmirəm!
Məni sakitləşdirə bilmirdin. Uşaq kimi könlümü almağa çalışırdın:
-Əşi, sənə nə oldu, zarafat edirdim, -dedin. - Sən də hər şeyi ciddiyə alırsan. -Əlini əlinə vurub bərkdən güldün. Hiss elədim mənim qəlbimi almaq üçün nəsə quraşdırmaq istədin, amma alınmadı, çox şit göründü. Mən də üstünü vurmadım. Amma elə bil qəlbinə damıbmış. -Kim bilir sabah kimin başına nə gələcək. –dedin, amma, deyəndə gözlərin doluxsundu. -Mən münəcciməm ki, gələcək haqında nəsə deyə biləm? Bir söz idi, ağzımdan çıxdı.