Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli liseydə Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə “Yol hərəkəti qaydalarına riayət edək” adlı tədbir keçirilmişdir.





06.06.2023-cü il tarixdə Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli liseydə Dövlət Yol Polisi əməkdaşlarının iştirakı ilə “Yol hərəkəti qaydalarına riayət edək” adlı tədbir keçirilmişdir. Tədbirdə Polis şöbəsinin əməkdaşları Ruxsar Məmmədov, Ceyhun Rüstəmov, Vüsal Səfərov, Namiq Qəniyev iştirak edərək şagirdlərə yol hərəkət qaydaları haqında geniş məlumat vermiş, yol hərəkəti iştirakçılarının əsas vəzifələri və hüquqlarını söyləmiş, yol hərəkəti qaydalarına hər bir kəsin əməl etməli olduğunu söyləmişdir. Yolu keçərkən daha diqqətli olmağı, işıqforlardan düzgün istifadə etməyi şagirdlərə tövsiyə etdilər.

Oxunub: 398
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az