Kəndimizdəki palçıq vulkanı yenidən püskürüb -Şamaxı rayonu Quşçu kənd sakinləri
Kəndimizdəki palçıq vulkanı yenidən püskürüb. Şamaxı rayonundan 27 km məsafədə yerləşən Quşçu kənd sakinləri dəfələrlə bu təbiət hadisəsinə şahidlik edib. Alimlərin dediyinə görə, 1810-cu ildən bu günə qədər palçıq vulkanlarının püskürmə statistikasına əsasən, bu Quşçu palçıq vulkanının 16-cı püskürməsidir.
Kənd camaatını narahat edən əsas məsələ odur ki, bu dəfə püskürən vulkan əvvəlki yerindən 500-600 metr kənarda baş verib. Kəskin qaz iyi hiss olunur.
Məzahir Məmmədli.
Oxunub: 195