İyunun 7-də Gənclər və İdman Nazirliyi və Azərbaycan Velosiped Federasiyasının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş “Əziz Şuşa” beynəlxalq velosiped yarışı start götürüb.

Turnirin açılış mərasimində Azərbaycan Velosiped Federasiyasının prezidenti, müdafiə sənayesi naziri Mədət Quliyev və gənclər və idman naziri Fərid Qayıbov iştirak ediblər.
100-dən artıq velosipedçinin qatıldığı mübarizəyə Bakı şəhərinin Səbail rayonunda yerləşən Veloparkdan start verilib. İlk mərhələdə velosipedçilər 150 kilometr məsafə qət edərək Şamaxı rayonunda finiş xəttini keçiblər.
Gərgin idman mübarizəsi şəraitində keçən yarışda bolqarıstanlı Martin Papanov birinci olub. İtaliya təmsilçisi Ansalone Emanuele yarışı ikinci, rumıniyalı Sergey Tveçkov isə üçüncü pillədə başa vurublar.

Oxunub: 209
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az