Şagirdlər arasında əməkdaşlıq və işbirliyi təşkil etmək məqsədilə intellektual bilik yarışı keçirildi.

07 iyun 2023-cü il tarixdə Dağlıq Şirvan Regional Təhsil İdarəsinin dəstəyi və Şamaxı rayon Ak.H.Hüseynov adına Çarhan kənd tam orta məktəbinin təşkilatçılığı ilə Çarhan kənd  tam orta məktəbində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilən  Dağlıq Şirvan Regional Təhsil İdarəsinin tabeliyində olan ümumtəhsil məktəblərində  təhsil alan  şagirdlər arasında əməkdaşlıq və işbirliyi təşkil etmək məqsədilə  intellektual bilik yarışı keçirildi.
Bilik yarışında Dağlıq Şirvan Regional Təhsil İdarəsinin müdiri Rövşən Əliyev, Yeni Azərbaycan Partiyasının Şamaxı Rayon Təşkilatının sədri Tural Qasımlı, Şamaxı Rayon Təhsil Sektorunun əməkdaşları, məktəb direktorları, müəllimlər və şagirdlər iştirak etdilər. 
 Bilik yarışında  altı məktəb: Şamaxı şəhər 1 saylı tam orta məktəb,Şamaxı şəhər 6 saylı tam orta məktəb,İnşaatçı qəsəbə tam orta məktəb,Çarhan kənd tam orta məktəb,Muğanlı kənd tam orta məktəb və Məlhəm kənd tam orta məktəbin komandası mübarizə apardı. Hər komandada 6 nəfər şagird biliklərini sınadı. Maraqlı və gərgin keçən bilik yarışında Şamaxı şəhər 1 saylı tam orta məktəbin  "Zəka" komandası I yerə, Şamaxı rayon Çarhan kənd tam orta məktəbin  "Şuşa" komandası II yerə, Şamaxı rayon İnşaatçı qəsəbə tam orta məktəbin "Qarabağ " komandası isə III yerə layiq görüldü. 
Yarışın sonunda qalib komandalara fəxri fərman, iştirakçı komandalara  təşəkkürnamə təqdim edildi. Qalib komandalarımızı təbrik edirik.

Oxunub: 199
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az