Jan-Pol Sartrın "Bağlı qapı arxasında" pyesi əsasında hazırlanan "Çıxış yoxdur" fəlsəfi-dramının 14 iyun tarixində baş tutacaq nümayişində İnes Serano obrazını aktrisa Ləman Mərrih canlandıracaq.
Xatırladaq ki, bu tamaşada ölümlərindən sonra əbədi olaraq bir otaqda qapalı qalmağa məhkum edilən üç nəfərin hekayəsini izləyəcəksiniz. Onlar bu otaqda varlıq və ya heçlik seçimi etməlidirlər.

Quruluşçu rejissor Nihad Qulamzadə

Rollarda Elşən Əsgərov, Lalə Süleymanova, Ləman Mərrih, Elsevər Rəhimov, Amin Əsgərov, Aysel Feziyeva, Gülçin Qasımova
Biletlər şəhərin bütün teatr&konsert kassalarında və iticket.az saytında (link rəydə)
- Akademik Rus Dram Teatrı (Azərbaycan dilində)
- 14.06.2023
- 19:30-20:40
Yaş həddi: +18
Oxunub: 288
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az