Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib.
Xarıbülbül çoxillik ot bitkisidir. Onun gövdəsi 20–40 sm hündürlükdə, soğanaqları şarvari və ya xırda-ellipsvaridir. Yarpaqları gövdənin qaidəsində yerləşir, uzunsov-lansetvari və ya uzunsov-ellipsvari, eni 2–3 sm, uzunluğu 5–10 sm-dir. Çiçək qrupu seyrəkdir və 5–6 çiçəkdən ibarətdir. Çiçəkyanlığının kənarındakı ləçəklərin uzunluğu 12-sm-dir. Ləçəklər açıq-bənövşəyi rənglidir. 3 sm uzunluqda olan daxili ləçəklər oval-lansetvari, bənövşəyi və birdamarlıdır. Dodaqcıq məxmərvaridir, yuxarı hissədə irəliyə doğru qısa əlavə çıxıntısı var. Qonur, üzəri bir neçə sarımtıl ləkəlidir, hər biri ensiz, açıq-sarı haşiyəlidir. Yarpaqları gövdənin əsasında bir yerə cəmlənmişdir, uzunsov-neştərvari quruluşdadır. Sarımtıl-yaşıl rəngdə olan çiçəkyanlığının yarpaqcıqlarının uzunluğu 10–12 mm-dir, uzunsov-neştərvaridir. Yaşılımtıl-qonur rəngdə olan daxili yarpaqcıqları xətvari-neştərşəkillidir. Xarıbülbül Şuşanın və ümumilikdə Qarabağın rəmzinə çevrilib. Hətta Zəfər günündən bu yana qələbə simvolu olaraq Xarı bülbül rəmzi seçilmiş, gülün formasında nişanlar hazırlanaraq yaxalardan taxılmışdır.