“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb





“Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusunda “Ən yaxşı yazı” müsabiqəsinin qalibləri mükafatlandırılıb.
Müsabiqədə respublika üzrə şagirdlər arasında I yerə İsmayıllı rayon Təzəkənd kənd tam orta məktəbinin XI sinif şagirdi Babalı Çilənay Babaxan qızı layiq görülüb. 
Qeyd edək ki, 30 mart-25 aprel tarixlərində gənc yazarlar və şagirdlər arasında keçirilən “Böyük Qayıdışa zəmin yaradan Ulu Öndər” mövzusuna həsr olunmuş “Ən yaxşı yazı” müsabiqəsinə 50-dən çox rayondan və Naxçıvan MR-dan 175 yazı daxil olmuş və təqdim edilən məqalələrin Münsiflər Heyəti tərəfindən dəyərləndirilməsi nəticəsində qaliblər müəyyən edilmişdir.
Şagirdimizi təbrik edir, ona gələcəkdə daha yüksək uğurlar arzulayırıq.

Oxunub: 257
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az