Ümumiyyətlə, 290 baldan yuxarı nəticə göstərən şəxslər 300 bal toplayanlardan pedaqoji nöqteyi-nəzərdən fərqlənmirlər”.
“700 bal yoxdursa, dünya dağıldı?! Xahiş edirəm ki, bu fikirlərdən uzaqlaşın. Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. O bildirib ki, onların bilik səviyyəsi, demək olar ki, eynidir. “Hansısa texniki məsələyə görə, hansısa bir problemə görə abituriyentlər 300 balı toplamayıblar. Bu, təsadüfdür. Ola da bilər, olmaya da. Əsas odur ki, 200-dən, 290 baldan yuxarı nəticə göstərənlərin sayı çox olsun”, - deyə Məleykə Abbaszadə qeyd edib. DİM sədri bildirib ki, builki məzunlar arasında təxminən 800 nəfər xarici dildən 100 faiz nəticə göstərib.
Oxunub: 178