Manafov Ismayıl Ağaismayıl oğlu haqqında


Manafov Ismayıl Ağaismayıl oğlu 19 aprel 1953-ci il Şamaxı rayonunun Birinci Çaylı kəndində kolxozçu ailəsində anadan olmuşdur.
1960-1968-cı ildə Çaylı kənd səkkizillik məktəbini əla qiymətlərlə bitirıb.
1968-ci ildə Göylər kənd orta məktəbinə daxil olub və 1970-ci ildə həmin məktəbi bitirib.
1970-1971- ci illərdə Xaqani adına üzümçülük sovxozunda fəhlə işləyib.
1971-ci ildə Azərbaycan Dövlət Universitetinin Geoloji-coğrafiya fakultəsinin qiyabi şöbəsinə daxil olub və 1980- ci ildə universiteti bitirərək ali təhsilli kiçik elmi işçi və ya coğrafiya müəllimi ixtisasına yiyələnmişdir
1971-1972- ci illərdə Çaylı kənd orta məktəbində pioneer baş dəstə rəhbəri işləyib.
1972-1974-ci illərdə Almaniya Demokratik Respublikasında həqiqi hərbi xidmətdə olub.
1974-1976-cı illərdə Çaylı kənd orta məktəbində laborant,
1976-1986-cı illərdə Çaylı kənd orta məktəbində coğrafiya müəllimi,
1986-1993-cü illərdə Çaylı kənd orta məktəbində sinifdənxaric və məktəbdənkənar işlər üzrə direktor müavini,
1993-1994-ci illərdə Çaylı kənd orta məktəbində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifələrində işləmişdir.
1994-1997-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısının Birinci Çaylı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləmişdir.
1997-2012-ci illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının Ərazi İdarəetmə orqanları ilə iş şöbəsinin müdiri,(14.08.2012. bu vəzifənin adı dəyişdirilərək Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsi adlanıb) 2012-2016-cı illərdə Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və hümanitar məsələlər şöbəsində baş məsləhətçi, 2016-cı ildən hal-hazıra kimi Şamaxı Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı vəzifəsində işləmiş, 01 avqust 2019-cu il tarixdən isə dövlət qulluqçusu kimi təqaüdə çıxmışdır
2005-2012-ci illərdə RİH başcısı yanında Şuranın üzvü olmuşrur.
O,1995-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü, 2007-ci ildən isə YAP-ın Şamaxı rayon təşkilatının Şurasının üzvü olmuşdur. 2017-ci ildən isə rayon Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvüdür.
Əmək fəaliyyəti dövründə 1987-1992-ci illərdə Göylər və Çaylı kəd XDS-nin deputatı olmuş,1985-ci ildə “Metodist müəllim” adına layiq gorülmüş,1992-ci ildərespublika coğrafiya müəllimləri arasında keçirilən “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur.
1998- ci ildə Ümummilli lider Heydər Əliyevin razılığı ilə Səudiyyə Ərəbistanının mərhum kralı “İki müqəddəs şəhərin-Məkkə və Mədinənin xadimi” Fəhd Əbdül Əziz İbn Əl-Səudin dəvəti ilə həcc ziyarətində olmuşdur.
2003-ci ildən birinci dərəcəli Dövlət qulluqçusudur.
Hacı İsmayıl Manafov Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 25 iyun 2011-ci ilin tarixli sərəncamı ilə “Dövlət Qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunmuşdur.
Hazırda Şamaxı şəhərində yaşayır. Ailəlidir, üç övladı, on nəvəsi və bir nəticəsi vardır.
Çaylı Kəndi

Oxunub: 546
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az