Astaralı idmançılar Azərbaycan çempionatında 2 gümüş və 2 bürünc medal qazanıblar.



Astaralı idmançılar Azərbaycan çempionatında 2 gümüş və 2 bürünc medal qazanıblar.
7-11 yanvar tarixlərində Bakı şəhərində keçirilən Sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan çempionatında Astaralı idmançılardan Milli yığma komandanın üzvləri – Ramik Heybətov (70 kq) və Musa Ağayev (65 kq) gümüş medallara, Əliabbas Rzazadə (61 kq) və Əli Rəhimzadə (65 kq) bürünc medallara layiq görülüblər.
Qeyd edək ki, Əliabbas Rzazadə AOİK-nin direktoru, əməkdar məşqçi Aslan Ağayevin, Musa Ağayev Astara UGİŞM-in məşqçisi, əməkdar məşqçi Məhərrəm Ağayevin, Ramik Heybətov AOİK-nin məşqçisi Nizami Axundovun yetirmələridir.
İdmançılarımızı və onların məşqçisini əldə olunan nailiyyət münasibətilə təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq.

Oxunub: 70
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az