Azərbaycan Güləş Federasiyasının (AGF) dəstəyi ilə Göyçay rayonunun Qarabaqqal kənd orta məktəbinin, eləcə də Göyçay şəhərində 1, 3 və 6 saylı orta məktəblərin idman zalları güləşçilərin istifadəsinə verilib.

Zalların açılış mərasimində gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidentləri Namiq Əliyev, Namiq Abdullayev, Fərid Mansurov, eləcə də federasiyanın baş katibi Pərvin Piriyev iştirak ediblər.
AGF-nin Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində bu güləş mərkəzlərində 600-dən artıq idmançının məşq etməsi üçün hər cür şərait yaradılıb. Güləşin bütün növləri üzrə idmançıların hazırlandığı bu zallarda məşqlər ödənişsizdir.

Oxunub: 59
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az