
Qınaqla yox, oyunla qalib gələk.
Bizdə futbol oyunu bitən kimi ikinci hissə başlayır, tribunada yox, sosial şəbəkədə. Fit səslənən kimi minlərlə məşqçi, taktika mütəxəssisi və psixoloq peyda olur. Hamının əlində bir plan var, amma meydanda topu yenə 11 nəfər qovur.
Qarabağın həmin oyununu mən də izləyirdim. Yaxın dostlarımla, Rövşən, Sərdar və Elnurla bir yerdə. Evdə sanki çempionlar liqasının finalı gedirdi. Həyəcan, əsəb, qalx-otur… Xüsusilə yaxın dostumun Qarabağa necə ürəkdən “balet eləməsi”, hər epizodda necə əsəbləşməsi göstərirdi ki, bu komanda kimlər üçünsə sadəcə klub yox, əsəb-sinir testidir.
İndi gələk əsas məsələyə. Qurban Qurbanovu qınamaqla futbol inkişaf etmir. Bəli, millinin son oyunu istədiyimiz kimi alınmadı. Amma sonda iki qol vuruldu, komanda əlindən gələni etdi. Qarşıda isə Avropanın tanınmış komandalarından biri vardı. Elə bil biz hər oyuna Braziliya ilə çıxırıq.
Bizdə bir az qəribə ənənə var, bir oyun uduzuldusa, dərhal milli faciə elan olunur. Dünya dağılmayıb ki....
SƏBİRLİ OLUN...
Alxas Məmmədov.
Oxunub: 44
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az