Gəncə Taekvondo məktəbinin parlaq ulduzu İmaməddin Xəlilov.




Gəncə Taekvondo məktəbinin parlaq ulduzu  İmaməddin Xəlilov.
Azərbaycan idmanının qürur mənbələrindən biri olan İmaməddin Xəlilov, təkcə qazandığı medallarla yox, həm də keçdiyi yolla gənc idmançılara nümunə olan bir addır. 23 fevral 1998-ci ildə Gəncədə dünyaya gələn İmaməddin bu şəhərin zəngin idman ənənələrinin davamçısı kimi erkən yaşlarından döyüş ruhu ilə böyüyüb.
Onun taekvondoya gəlişi təsadüfi olmayıb, ilk məşqlərini doğma qardaşının yanında, ailə mühitinin dəstəyi ilə başlayıb. Qardaşı onun həm motivasiyası, həm ilk müəllimi, həm də həyatında idmana doğru atılan ən dəyərli addım olub. Həmin günlər, məhz Gəncə taekvondo məktəbinin gələcək parlaq simasının formalaşdığı illər idi. Gəncədə tanınmış taekvondo məşqçisi 8 Arif Xəlilovun yanında məşqlərinə davam edib.
Bu gün İmaməddin Xəlilov artıq Gəncə taekvondo məktəbinin ən parlaq nümunələrindən biri kimi qəbul edilir, onun hər uğuru doğma şəhərinin idman tarixinə yazılır. Uğurlarının böyüklüyü isə təkcə yerli deyildi,
Azərbaycan Taekvondo Federasiyası (ATF) onu daim diqqətdə saxlayır və ölkə taekvondosunun aparıcı simalarından biri kimi dəyərləndirir.
Səfərin zirvəyə aparan yolu
İmaməddin qısa zamanda milli komandanın heyətinə daxil oldu və burada iradəsi daha da möhkəmləndi. Onun, yığma komandada  peşəkar inkişafında iki böyük adın, baş məşqçi Fərid Tağızadənin və məşqçi Yaşar Səfərovun xüsusi payı var. Bu məşqçilərin dəstəyi, planlı hazırlığı və taktiki yanaşması İmaməddinin beynəlxalq arenada boy göstərməsinə geniş yol açdı.
Nəticələr isə gecikmədi:
-2023-cü ildə Dünya Çempionluğu,
-2023 və 2024-cü illərdə Avropa Çempionluğu,
2024-cü ildə Paris Paralimpiya Oyunlarında möhtəşəm qələbə, finalda 15:2 hesabı ilə yazılan tarixi çempionluq.
Bu qələbə təkcə onun deyil, bütün Azərbaycanın qüruru oldu. 2024-cü ildə Dünya Taekvondo Federasiyası tərəfindən “İlin ən yaxşı kişi para-taekvondoçusu” seçilməsi isə onun adını qlobal arenada möhkəmləndirdi.
Bu gün, 2025-ci ilin reytinq cədvəllərində o, hələ də 70 kq çəki dərəcəsində dünyanın lideri kimi qərarlaşıb. Bu zirvəyə çatmaq, illərin zəhməti, disiplin və əzmin nəticəsidir.
Daimi verilən dörd suala, dörd cavab;
1. İmaməddin Xəlilov taekvondoya necə başlayıb?
O, ilk addımlarını Gəncədə qardaşının yanında ataraq bu yola qədəm qoyub. Bu başlanğıc onun həyatının dönüş nöqtəsi oldu.
2. Uğurlarının arxasında kimlər dayanır?
Baş məşqçi Fərid Tağızadə və məşqçi Yaşar Səfərov onun peşəkar inkişafının əsas sütunlarıdır.
3. Ən böyük nailiyyəti hansıdır?
2024 Paris Paralimpiya Oyunlarının finalında yazdığı möhtəşəm qələbə, qızıl medal.
4. Hazırda dünyada hansı yerdədir?
2025-ci ilin reytinqinə əsasən, 70 kq çəki dərəcəsində dünyanın bir nömrəsidir.
Alxas Məmmədov.

Oxunub: 120
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az