Şamaxı Olimpiya Mərkəzinin idmançıları Dünya çempionatında uğur qazanıblar.
28–29 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində keçirilən qol güləşi (armwrestling) üzrə Dünya çempionatında Şamaxı Olimpiya Mərkəzinin dörd idmançısı iştirak edib.
Sevindirici haldır ki, bu mötəbər yarışda 32 dövlətdən ümumilikdə 664 idmançı mübarizə aparıb. Şamaxı Olimpiya Mərkəzinin təmsilçiləri turnirdə uğurlu çıxış ediblər.
Belə ki, Ağaxan İsgəndərov 78 kq çəki dərəcəsində I yer, Həsənli Emil 78 kq çəki dərəcəsində II yer qazanıblar.
Hər iki idmançı U-15 yaş kateqoriyasında çıxış edib.
Bu nəticələr Şamaxı Olimpiya Mərkəzinin idmançılarının yüksək hazırlıq səviyyəsini və onların əzmkarlığını bir daha nümayiş etdirir. Yarışda əldə olunan uğurlara görə bütün məşqçilərimizə, rəhbərliyə və azarkeşlərə təşəkkür edirik.
Oxunub: 123
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az