Gələcəyin böyük mütəxəssisi, bizim balaca  Gülnar haqqında..
Gülnar  zalımıza ilk dəfə gələndə çox arıq bir xanım idi. Həyat sanki onu sınaqlardan keçirmişdi. Amma baxanda dərhal hiss olunurdu ki, bu qızın gözlərində maraq, istək və əzm var. İki məşqdən sonra artıq gördüm ki, bu uşaq həqiqətən can yandırır,  tərbiyəli, qabiliyyətli, savadlı bir xanımdır. Yaşına baxmayaraq, böyük potensiala malik idi.
Atası Ramində sağ olsun, onun bilavasitə köməyi və dəstəyi sayəsində Gülnar məşqlərinə davam etdi, çox fəal oldu, müxtəlif yarışlarda iştirak etdi. Onun potensialını gördükcə anladım ki, bu uşaq gələcəkdə yalnız idmançı deyil, həm də tədris və rəhbərlik sahəsində uğur qazana bilər. Bu istiqamətdə onu inkişaf etdirməyə başladıq.
Bir ilə yaxın məşqlərimiz öz bəhrəsini verdi.  Gülnar böyük irəliləyiş göstərdi. Pomse üzrə yarışın qalibi oldu. Mənim , Xanım müəllimə, sonralar Etibar müəllimin, Eşqin müəllimin birgə dəstəyi ilə bu gənc xanım pillə-pillə irəli getdi. İndi, maşallah, Gülnar artıq ATF pumse  komandasında müxtəlif tədbirlərdə, yarışlarda fəal iştirak edir, hətta Avropaya qədər gedib çıxıb.
Gülnarla birgə biz televiziya üçün bir verilişdə də iştirak etmişik. Həmin veriliş çox populyar oldu. Proqramda tanınmış taekvondo ustası Aynur xanım bizim qonağımız idi. O, həm zalımızda oldu, həm də Gülnarla  birgə çəkilişdə iştirak etdi. Bu görüş bizim üçün çox dəyərli və unudulmaz bir xatirə kimi yadda qaldı. Bu uğurlar Gülnarın  şəxsi zəhmətinin, müəllimlərinin səylərinin və Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinin birgə fəaliyyətinin nəticəsidir. Mən inanıram ki, Gülnar gələcəkdə böyük bir beynəlxalq səviyyəli mütəxəssis olacaq.
Gülnar daimi dəstək olan, Şamaxı Olimpiya Mərkəzinin rəhbərliyinə və kollektivinə xüsusi minnətdarlıq.
 
 
Oxunub: 87
 
 
Youtube Kanalımız 
	
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az