24–30 oktyabr tarixlərində Çinin Uşi şəhərində keçiriləcək taekvondo üzrə böyüklər arasında dünya çempionatında Azərbaycanı 9 idmançı təmsil edəcək.
Azərbaycan Taekvondo Federasiyasının icraçı vitse-prezidenti Hikmət Səmədov, vitse-prezident Niyaməddin Paşayev, böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi altında komandamız çempionatda aşağıdakı idmançılarla çıxış edəcək:
Kişilər:
Bəhruz Quluzadə – 54 kq
Qaşım Maqomedov – 58 kq
Fuad Təhməzov – 63 kq
Riyad Şirəliyev – 68 kq
Cavad Ağayev – 74 kq
Taleh Süleymanov – 80 kq
Eltac Qafarov – 87 kq
Qadınlar:
Minayə Əkbərova – 46 kq
Səmərrux Osmanova – 49 kq
Qeyd edək ki, beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva yarışda Azərbaycanı ədalət təmsilçisi kimi təmsil edəcək.
Komandamıza uğurlar arzulayırıq!
ATF.
Oxunub: 120
Youtube Kanalımız
Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az