Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.
ATF.
Taekvondo üzrə böyüklərdən ibarət milli komandamız dünya çempionatına son hazırlıq mərhələsini tamamlayıb.Belə ki, taekvondoçularımız oktyabrın 7-dən 17-dək Azərbaycan Taekvondo Federasiyasının təşkilatçılığı ilə Qubada keçirilən təlim-məşq toplanışında iştirak edib. Böyüklərdən ibarət milli komandanın baş məşqçisi Məmməd Abdullayev, böyük məşqçi Elnur Amanov və məşqçi Günay Zeynalovanın rəhbərliyi ilə keçirilən hazırlıq prosesi oktyabrın 24–30-da Çinin Uşi şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın son mərhələsini təşkil edib. Qeyd edək ki, dünya çempionatında ölkəmizi 9 idmançı (7 kişi və 2 qadın) təmsil edəcək. Milli komandamıza uğurlar arzulayırıq!
Oxunub: 59