Fransa ilə qarşılaşma. İdmandan kənara çıxan oyun.



Fransa ilə qarşılaşma. İdmandan kənara çıxan oyun.
Bu gün Azərbaycan milli komandası 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində növbəti imtahana çıxır. Rəqib futbolun beşiyində yetişmiş, dünya arenasında sözünü demiş Fransa millisidir. Lakin bu qarşılaşma təkcə futbol oyunu deyil, həm idmanda, həm də siyasi müstəvidə diqqət mərkəzindədir.
Fransa kimi nəhəng futbol ənənəsinə malik komanda ilə üz-üzə gəlmək, hər bir futbolçu üçün meydanda gücünü və peşəkarlığını sübut etmək fürsətidir. Azərbaycan futbolu üçün isə bu cür oyunlar təcrübə qazandırmaqla yanaşı, milli kimliyimizi, döyüş ruhumuzu da nümayiş etdirmək baxımından xüsusi əhəmiyyət daşıyır. Çünki bu oyun sadəcə idman mübarizəsi deyil, həm də azərbaycanlı gənclərin potensialını dünyaya göstərmək imkanıdır.
Siyasi kontekstdə isə belə qarşılaşmalar ölkələr arasında yumşaq gücün təzahürüdür. İdman diplomatiyası vasitəsilə xalqlar bir-birini daha yaxından tanıyır, stereotiplər sarsılır. Azərbaycan üçün Fransa kimi dövlətlə meydanda bərabər səviyyədə çıxış etmək, milli iradəmizin və inkişafımızın göstəricisidir.
Bu oyunda nəticə qədər vacib olan məsələ, milli komandanın özünə inamı, mübarizə əzmi və taktiki yetkinliyidir. Qələbə və ya məğlubiyyət futbolun bir parçasıdır, amma ruh yüksəkliyi və meydanda göstərilən iradə uzunmüddətli inkişafın əsasını qoyur.
P.S- Oyunu tanış mollaya tapşırmışam. Üç dildə dua yazıb.

Oxunub: 63
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az