Zaur Zahidoğlu haqqında.




Zaur Zahidoğlu haqqında.

Zaur Zahidoğlunu uzun illərdir tanıyıram. O, Azərbaycan Taekvondo Federasiyasının inzibati və texniki işlərindən demək olar ki, tam xəbərdar olan, dərin bilik və təcrübəyə malik bir şəxsdir. Federasiyanın bütün daxili proseslərini həm mətbuatla əlaqələri, həm də təşkilati məsələləri mükəmməl şəkildə idarə edir. İşində son dərəcə məsuliyyətli və tələbkar insandır. Ona tapşırılan hər hansı bir məsələni operativ və dəqiqliklə yerinə yetirir. Qarşıda yaranan hər hansı çətinlik və ya sualla ona müraciət etdikdə, çox səmimi, təmkinli və anlayışlı şəkildə qarşılayır, həmişə kömək etməyə hazır olur. Təbiətən sakit, peşəsinə sadiq və mədəni insandır. Jurnalistikadan da yaxşı anlayışı var, bir müddət bu sahədə fəaliyyət göstərib. Futbolu sevir, həm izləməyi, həm də oynamanı xoşlayır. Zaur Zahidoğlu Azərbaycan Taekvondo Federasiyasının aparici və etibarlı qüvvələrindən biridir.
Onu həm insan, həm də peşəkar kimi yüksək dəyərləndirirəm. 

Oxunub: 70
Xəbəri paylaş

Youtube Kanalımız Bizi Youtube Kanalımızdan izləyin: Azgundem.az